Festivalda mükafatları Prezidentlər təqdim edəcək
“Bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq, sabah da bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik”.
Bunu Türkiyənin sənayə və texnologiya naziri Mustava Varank “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılış mərasimində deyib.
“Biz Azərbaycan və Türkiyə üçün hədəf seçdik. Bizim müstəqilliyimizin sirri texnologiya həmləsidir. Biz milli texnologiya həmləsi ilə bizə qarşı olan ölkələrə meydan oxuduq. Bu gün bizə PUA satmayan ölkələr bizim texnologiyamızı almaq üçün sırada gözləyirlər. Bunun əsas sirri əzmimiz, idarəmizdir”, - deyə türkiyəli nazir bildirib.
Mustava Varank qeyd edib ki, gənclərə yol göstərilsə, bacarmayacaqları heç nə yoxdur: “Bu festivalda hər il yüz minlərlə övladımız iştirak edir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mükafatları birbaşa olaraq qardaş ölkələrin Prezidentləri təqdim edəcək. Şübhəsiz ki, “TEKNOFEST Türkiyə”dən sonra Azərbaycanda da tarixə keçəcək. Biz texnologiya baxımından müstəqil ola bilməməyin mənfi tərəflərini yaşamışıq. Bu gün Bakıda sadəcə festival təşkil etmirik. Dünyaya bir millət, iki dövlət şüarımızı bir daha çatdırırıq. Eşq olsun, Azərbaycan, eşq olsun, Türkiyə!”
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...