“Səbail”in yeni baş məşqçisi müəyyənləşdi

22:32 26-05-2022 | icon 1809
“Səbail”in yeni baş məşqçisi müəyyənləşdi

“Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Ötən mövsüm “Neftçi”nin əvəzedici komandasını çalışdıran Mahmud Qurbanov bu posta təyinat alıb.

Məlumatı saytımıza “Səbail”in icraçı direktoru Fərəc Əliyev məsələ ilə bağlı tam məlumat verə bilməyəcəyini deyib. O bildirib ki, rəsmi məlumat gün ərzində açıqlanacaq: “İndi bu barədə sizə tam nəsə deməyim doğru deyil. Sadəcə Mahmud Qurbanovla danışıqlar getdiyi doğrudur”.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev bir neçə gün öncə rəhbərliklə fikir ayrılığına görə vəzifəsindən istefa verib.


Digər xəbərlər

0.32121992111206