Ruslan Lunyov: "Qran-pridə qalib gəldiyim üçün şadam"
"İspaniyadakı Qran-pridə qalib gəldiyim üçün şadam".
Bunu jurnalistlərə açıqlamasında İspaniyanın Qrana şəhərindəki Qran-pridə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanan Azərbaycan atıcısə Ruslan Lunyov deyib.
"Orada məşhur idmançılar, Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçıları da mübarizə aparırdı. Təəssüf ki, burada ikinci növdə iştirak edə bilmədim. Bakıdakı Dünya Kubokuna görə qayıtdım", - deyən təcrübəli idmançı Bakıda keçiriləcək güllə və stend atıcılığı üzrə Dünya Kubokunda şanslarından da söz açıb.
O, Qran-pridə qalib gəldiyi üçün yaxşı formada olduğunu bildirib: "Bu idman növündə psixoloji durum daha önəmlidir. Maksimum nəticə göstərməyə çalışacağam. Azərbaycan idmançılarının və öz şanslarımı yüksək qiymətləndirirəm. Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirəm. Amma idmandır. Nəticələrin necə olacağını görəcəyik. Əsas rəqiblərim Almaniya və Fransa təmsilçiləridir".
Lunyovun fikrincə, ev sahibi olmaq komandasına az da olsa, üstünlük verir: "Üstünlüyüm ondan ibarətdir ki, mən buranı yaxşı tanıyıram və küləyə belə öyrəşmişəm. Belə amillər rəqib idmançılara narahatlıq verə bilər. Güclü külək olsa, bizdə əlavə üstünlük ola bilər".
Qeyd edək ki, Bakıdakı yarış 29 may - 7 iyunda gerçəkləşəcək.
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...