Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Nar” 28 May Müstəqillik Günü ərəfəsində araşdırmaçı-yazar Dilqəm Əhmədin tərtib etdiyi “Cümhuriyyət Xatirələri” kitabını nəşr etdi. Müstəqillik günü münasibətilə nəşr olunan kitab Cümhuriyyət dövrünün ictimai-siyasi xadimlərinin yazılarının toplusudur.
Kitabda azərbaycanlı və türkiyəli ictimai-siyasi xadimlərin Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, ordusu və işğal dövrü ilə bağlı yazıları yer alır. Eləcə də, tariximizin görkəmli şəxsiyyətlərinin müraciətləri, tərcümeyi-halları və fotoşəkilləri də oxuculara təqdim olunur. Əhatə etdiyi mövzuların əhəmiyyəti nəzərə alınaraq, ADA Universitetində müəllif Dilqəm Əhmədin iştirakı ilə “Cümhuriyyət Xatirələri” kitabının müzakirəsi də təşkil edilib.
Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media səhifələrində müsabiqə keçirilir: Milli tariximizlə bağlı təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə “Nar” Cümhuriyyət Xatirələri” kitabını hədiyyə edir.
Kitabın daha çox insana çatması və ələxsus görmə məhdudiyyətli şəxslər üçün də əlçatan olması məqsədilə, 28 may tarixindən etibarən “Cümhuriyyət Xatirələri” kitabını “Canlı Kitab” “YouTube” kanalında da dinləmək mümkün olacaq.
“Nar” ölkəmizdə və xaricdə yaşayan hər bir azərbaycanlını əziz bayramımız münasibətilə təbrik edir və milli dövlətçiliyimizin əbədi davam etməsini diləyir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...