Azərbaycanda 10 il əvvəl törədilən cinayətin üstü açıldı

08:31 28-05-2022 | icon 2256
Azərbaycanda 10 il əvvəl törədilən cinayətin üstü açıldı

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Penitensiar Xidmətin birgə fəaliyyəti nəticəsində ötən illərdən bağlı qalmış daha bir xüsusilə ağır cinayətin açılıb.

10 oktyabr 2012-ci il tarixdə Axundov Cəfər Məmmədmehti oğlunun Yasamal rayonunda avtomobilində meyitinin aşkarlanması faktı üzrə rayon prokurorluğunda cinayət işi başlansa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

 

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib. Müəyyən edilib ki, Zöhrab Şirinov 10 oktyabr 2012-ci ildə tanışı və keçmiş qonşusu Cəfər Axundovla Yasamalda yerləşən evdə narkotik qəbul edib. Sonra Cəfərin narkotik sərxoşluğu vəziyyətinə düşüb müqavimət göstərmək imkanından məhrum olunduğunu görüb aralarında əvvəllər baş vermiş mübahisəni bəhanə edib uzanıqlı vəziyyətdə qalmış Cəfər Axundova təpiklə zərbələr vurub. Ona çoxsaylı xəsarətlər yetirərək öldürüb. Daha sonra cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə Cəfərin meyitini öz avtomobilinə qoyaraq “Qurd qapısı” ərazisindəki qəbiristanlığa aparıb. Cibinə şpris və içərisində narkotik izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.

27 may 2022-ci il tarixdə  Zöhrab Şirinova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. 

İstintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

0.24476194381714