Çempionlar Liqası: Bu gün final oyunu keçiriləcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçiriləcək.
Həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gələcəklər. Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bak vaxtı ilə saat 23:00-da başlayacaq.
İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olub. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.
Bu, "Real Madrid" və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar. 1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.
Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.
UEFA Çempionlar Liqası
Final
28 may
23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İngiltərə)
Baş hakimi: Kleman Türpen (Fransa)
Paris, "Stad de Frans" stadionu
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...