Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatdı - Fotolar
Dünən Bakıda başlayan atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.
10 m tüfəng atıcılığı üzrə kişilər arasında keçirilən yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb.
Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.
10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.
Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar da bu gün keçiriləcək.
***
10 m tapança atıcılığı üzrə qadınlar arasında finalın qalibi polşalı atlet Klaudia Bres olub. Fransalı Kamilla Yedrjeyevski gümüş, bolqarıstanlı Antuaneta Kostadinova bürünc medala yiyələniblər.
Qalib Lazar Kovaçeviç Azərbaycanda ikinci dəfə olduğunu, daha əvvəl 2017-ci ildə Qəbələdə keçirilən Dünya Kubokunda iştirak edib, 9-cu yer tutaraq, yarımfinala düşə bilmədiyini deyib:
“Azərbaycanda keçirilən Dünya Kuboku yüksək səviyyədə təşkil olunub. Bütün atletlərə lazımi köməklik göstərilir. Ölkəniz möhtəşəmdi. İnsanlarınızın qonaqpərvərliyi mükəmməldi. Digər atletlərə, idmançılara uğurlar arzulayıram. Təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm”.
“Ölkənizdə keçirilən mötəbər yarışda iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Dünya Kuboku yüksək səviyyədə təşkil olunub. Atletlər üçün hər cür şərait təşkil edilib. 10 metr pnevmatik tüfəng yarışlarında qalib oldum. Möhtəşəm hisslər keçirirəm. Növbəti hədəfim Aralıq dənizi Oyunları yarışlarında qalib olmaqdır. Əsas məqsədim isə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunların iştirak edib, çempionluq sevinci yaşamaqdır”, - bunu qızıl medalçı Osean Müller deyib.
***
Bakıda keçirilən Dünya Kubokunda 10 m məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb. Finalın qalibi serbiyalı Damir Mikeç olub. Bolqarıstanlı Kaloyan Stamenov gümüş, almaniyalı Maykl Şvald bürünc medal qazanıb.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...