“Böyük qayıdış” dediyimiz prosesə start verildi

11:56 31-05-2022 | icon 1824
“Böyük qayıdış” dediyimiz prosesə start verildi

Bu gün “Böyük qayıdış”dediyimiz prosesə start verildi.
“Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bugün atılır. Bu fikirləri
Prezident cənab İlham Əliyev mayın 27-də Zəngilan rayonunun
Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış
edərkən deyib.
Dövlət başçısı bildirib: “Bu il də investisiya proqramı təsdiq
olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu
bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr
etməliyik,çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz
nəzərdə tutulandan daha çoxdur. Ancaq hər kəs bilməlidir ki, bu,
asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd
Lüksenburq ölkəsi qədərdir,bir Livan ölkəsinə bərabərdir,yəni,
təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur.
Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə
məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl
inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb
- “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa
edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin
inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb
məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta
biznesə dəstək xidmətləri mövcuddur.

Kamal Zeynalov,
Saatlı rayon Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.31345796585083