Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

15:30 31-05-2022 | icon 1485
Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasının I turunda keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

İştvan Vada Vencel Tot və İstvan Albert laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 3-də Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Digər xəbərlər

0.2326488494873