Azərbaycan Premyer Liqasında limit də, əvəzetmə sayı da dəyişdi

23:19 31-05-2022 | icon 1965
Azərbaycan Premyer Liqasında limit də, əvəzetmə sayı da dəyişdi

Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb.

Bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.

 

Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilib. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statusunda olmalıdır.

Buna qədər 3 əvəzetməyə icazə var idi.

Həmçinin, Premyer Liqada legioner limiti də dəyişdirilib.

Belə ki, limit 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunacaq.

Buna qədər Premyer Liqamızda legioner limiti 6+5 (6 əcnəbi, 5 yerli futbolçu) sistemi ilə idi.

Qeyd edək ki, bir müddət əvvəl AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi. Həmin iclasda 6+5 limiti və 3 əvəzetmə sayı qüvvədə saxlanılmışdı.


Digər xəbərlər

0.27436780929565