Alı Qocayev Burunqovaq kənd sakinləri və kümçülərlə görüşüb

18:29 01-06-2022 | icon 2286
Alı Qocayev Burunqovaq kənd sakinləri və kümçülərlə görüşüb

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Burunqovaq kənd sakinləri və kümçülərlə görüşü keçirilib.

Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Burunqovaq kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Taleh İsmayılov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı. Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.

Daha sonra kənd kümçüləri barama qurdunun yetişdirilməsi ilə bağlı yaradılmış şəraitə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun Burunqovaq kənd sakinləri və kümçülərlə görüşü keçirildi.

Digər xəbərlər

0.23927998542786