Hacıqabul şəhərində növbəti səyyar qəbul-görüş keçirilib
02 iyun 2022-ci il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhərinin Xəqani, C.Cabbarlı və M.Əsədov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...