“Belarus millisi bizimlə eyni səviyyədədir” - De Byazi

23:13 05-06-2022 | icon 1707
“Belarus millisi bizimlə eyni səviyyədədir” - De Byazi

“Belarusla oyuna hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Buna uyğun hazırlıq görürük”.

 

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının C liqasının 3-cü qrupunda sabah Belarusla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis əvvəlcə ilk turda Qazaxıstana uduzduqları matç (0:2) barədə danışıb: “Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar elədik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilmərsən. Təəssüf ki, biz də məğlub olduq. Buraxdığımız qolları təhlil elədik. Yenə kiçik səhvlərə yol verdik ki, bu da məğlubiyyətə gətirib çıxardı. Rəqibin cəmi 2 zərbəsi oldu, hər iki halda top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.

O, Belarusun standart vəziyyətlərdən təhlükəli olduğunu vurğulayıb: “Belarusu Slovakiya ilə oyunlarından əvvəl analiz eləmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandadır. Təxminən bizimlə eyni səviyyədədirlər. Boyları uzundur, standart vəziyyətdən təhlükəli ola bilərlər. Amma onların oynamağı bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Xarakterli olmalıyıq. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var”.


Digər xəbərlər

0.32238793373108