Azərbaycan zəruri infrasruktura malikdir
Zəngin tariximiz, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir.
Fauna və flora, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan naftalan, nadir qədim
memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər
Azərbaycanda turizmin bütün növlərinin işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik,
çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.
Dünyadakı mövcud 11 iqlim qurşağından 9-nun ölkəmizin ərazisində olması yay və qış
istirahətinin təşkilinə şərait yaradır. Buna görə də ekoloji turların təşkili çox geniş yayılıb.
Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edərək iqtisadiyyatın gəlir gətirən ən
mühüm sahələrindən birinə çevrilir. Regionlarda fəaliyyət göstərən Qafqaz mehmanxanalar
şəbəkəsi, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkı, Qusardakı möhtəşəm “Şahdağ” qış-
yay turist kompleksi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul
etmək üçün müvafiq infrastruktura malikdir. 15-dən çox Olimpiya idman kompleksini də bura
əlavə etsək, daha real mənzərə yarada bilərik. Çünki həmin komplekslərdə də mehmanxanalar,
istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar, təbii ki,
turizmin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, eyni zamanda ölkənin iqtisadi
inkişafı üçün böyük perspektiv deməkdir.
Azərbaycan enerji sahəsində həm böyük potensiala, həm də inkişaf etmiş infrastruktura
malikdir. Ona görə də Ukrayna Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını daha da
genişləndirmək istəyir. Bu sözləri müsahibəsində Avronest Paqrlament Assambleyasının Enerji
Təhlükəsizliyi üzrə Komitəsinin iclasında iştirak etmək üçün Bakıya gəlmiş Ukrayna
parlamentinin deputatı Taras Kutovyi demişdir. T.Kutovyi bildirmişdir ki, Ukrayna ədalətsiz
olaraq çox baha qiymətə qaz alır ki, bu da iqtisadi baxımdan sərfəli deyildir. Bu amil Ukraynanın
Trans-Anadolu qaz kəməri layihəsində (TANAP) iştirak etmək arzusunu gündəmə gətirmişdir.
Məmmədov Pərvin,
Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...