Fərid Qayıbov yenidən açılan Voleybol Mərkəzində olub
Gənclər və idman naziri Fərid Qayıbov Voleybol Mərkəzi ilə tanış olub.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, AVF-nin vitse prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak ediblər.
Nazirə idman qurğusu barədə məlumat verilib və bildirilib ki, bu arena ölkə voleybolunun inkişafı üçün çox faydalı əhəmiyyətə malikdir. Qeyd olunub ki, burada istənilən səviyyəli oyunların keçirilməsi üçün hər cür şərait var.
Görüş zamanı ölkə voleybolunun inkişafı istiqamətində görülməli olan işlər müzakirə edilib.
Qeyd edək ki, bir müddətdir qapalı olan Voleybol Mərkəzi yenidən istifadəyə verilib.
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...