Hacıqabul rayonunda YAP rayon təşkilatının veteranları ilə görüş keçirilib
10 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və 15 İyun Milli Qurtuluş Günü xatirələrdə" devizi altında partiya veteranları ilə görüş keçirildi.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Tədbirin əvvəlində müasir-müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov və YAP rayon təşkilatının sədri Elnur Əmirəslanov çıxış edərək xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən, bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevin keçdiyi keşməkeşli həyatından, həyata keçirdiyi böyük işlərdən söhbət açdılar. Çıxışlarda Azərbaycanın işğal olunmuş torpaqlarının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasət nəticəsində, bu siyasətin layiqli davaçısı Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin misilsiz xidməti sayəsində 44-günlük Vətən Müharibəsində işğaldan azad olunması və Cənab Prezidentin dediyi kimi “Ata vəsiyyəti”nin yerinə yetirilməsi fəxrlə qeyd olundu.
Tədbirin sonunda YAP Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında üzun illər səmərəli fəaliyyət göstərmiş bir qrup partiya veteranına Fəxri Fərmanlar təqdim edildi, sonda xatirə şəkli çəkildi.
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...