Bakıda yağış yağacaq
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...