Qaradağda “Son zəng” qeyd olundu - Fotolar

19:14 14-06-2022 | icon 1969
Qaradağda “Son zəng” qeyd olundu - Fotolar

İyunun 14-də Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.

Lökbatan qəsəbəsindəki şəhid Elxan Həsənov adına 139 nömrəli orta məktəbdə keçirilən “Son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili, şəhidin anası, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

S. Mikayılov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb:

“Son illər rayonumuzdakı təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsi təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amildir. Müstəqil həyatın astanasında dayanan məzunlara ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzu edirəm”.

Həmçinin Lökbatan, Sahil, Ələt, Puta, Qobustan, Korgöz, Ümid, Səngəçal, Çeyildağ, Müşfiqabad qəsəbələrində yerləşən tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri də yaddaqalan olub.

 

 






Digər xəbərlər

0.30698299407959