Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.
AVF-in Mətbuat Xidmətindən verilən məlumata görə, toplantıda Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin üzvləri, federasiya nümayəndələri və milli komandaların məşqçi, menecer və həkim heyəti iştirak ediblər.
İclasda qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.
Cavid Qurbanov bildirib ki, voleybol hər zaman ölkədə sevilən idman növlərindən olub. Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq, ölkə çempionatının təşkilini xatırladan federasiya rəhbəri klubların heyətində yer alan oyunçuların əksəriyyətində gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O, voleybolu bölgələrdə də inkişaf etdirmək, gənc qız və oğlanlar üçün lazımı şərait yaradılması barədə tapşırıqlarını verib.
AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Cəlil Cəfərov, Əbülfəz Hüseynov və baş katib Fərid Xəlilov görülən işlər haqqında məlumat veriblər. Milli komandaların baş məşqçiləri, həkimlər isə oyunçuların hazırkı durumu və təlim-məşq toplanışlarının necə keçdiyindən danışıblar. Onlar hazırlığın proqramını qurumun prezidentinə təqdim ediblər.
Qurbanov çıxışları dinlədikdən sonra bildirib ki, idmançı olmaq çox çətin və şərəflidir: "Bu gün əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etməkdir. Çalışmalıyıq ki, milli komandalarımızla bərabər gənclərimiz və klublarımız da yaxşı formada olsunlar”.
Bölgələrdə voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı göstərişlər verilib.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...