Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub

14:19 15-06-2022 | icon 1712
Çempionlar Liqası:

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.


Digər xəbərlər

0.23826599121094