“Neftçi”, “Zirə” və “Qəbələ”nin rəqibləri bəlli oldu

18:49 15-06-2022 | icon 1555
“Neftçi”, “Zirə” və “Qəbələ”nin rəqibləri bəlli oldu

Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.

 

Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

“Səpələnmişlər” səbətində yer alan “Neftçi” bu mərhələdə Kiprin “Aris” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” ilk oyununu səfərdə keçirəcək. “Səpələnməmişlər” səbətində qərarlaşan “Zirə” “Makkabi” (Təl-Əviv, İsrail) “Qəbələ” isə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. “Zirə” ilk oyununu evdə, "Qəbələ” səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.


Digər xəbərlər

0.2362380027771