Azərbaycan Avropa çempionatı üçün namizədliyini irəli sürdü

18:54 16-06-2022 | icon 1556
Azərbaycan Avropa çempionatı üçün namizədliyini irəli sürdü

Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər.

Bunu milli komandanın baş məşqçisi Elşad Quliyev deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi müraciət ediblər:

“Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil.

2024-cü il Avropa çempionatı Bakıda keçirilsə, yaxşı olar. Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir”.


Digər xəbərlər

0.26418089866638