Gənclər və İdman Nazirliyi yeni yarış keçirəcək


Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi (AGİN) dənizdə (açıq suda) üzmə yarışı keçirəcək.
AGİN-dən verilən məlumata görə, nazirliyin yeni layihəsi olan “Xəzər dalğası” kütləvi yarışı iyunun 26-da Pirallahı qəsəbəsi, Nərəkənd parkında peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və +50 yaş) təşkil ediləcək.
Yarış zamanı müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar sərgilənəcək.
Üzməyi bacaran hər kəs yarışda iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçmək və 25 manat iştirak haqqı ödəmək tələb olunur. Həmçinin xeyriyyə məqsədi daşıyan yarışdan əldə edilən vəsait “Kür” Olimpiya Tədris-İdman Mərkəzində şəhid övladları üçün üzgüçülük və avarçəkmə idman növləri üzrə yay düşərgəsinin təşkilinə sərf ediləcək.
Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil olunur.
-
AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib
...
-
Elxan Məmmədov əfsanəvi futbolçu ilə görüşdü - Foto
...
-
Millimiz birinci səbətdə
...
-
“Neftçi”dən növbəti transfer
...
-
“Qarabağ” futbol klubunun səhmləri - Satışa çıxarıldı
...
-
Güləşçilərimiz U-20 Avropa çempionatında son 6 ilin ən yaxşı nəticəsinə imza atdı
...
-
Azərbaycanda bu idman federasiyaları ləğv olundu
...
-
Millimiz Türkiyə ilə heç-heçə etdi
...
-
“Azərreyl” Slovakiya, “Murov” Xorvatiya komandası ilə qarşılaşacaq
...
-
Güləşçilərimiz U-20 Avropa çempionatının finalına yüksəldilər
...