Millimiz sərbəst güləş üzrə Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatına yekun vurulub.
Sərbəst güləş üzrə milli komandamız qitə birinciliyində tarixi uğura imza atıb.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitə birinciliyində aşkar dominantlıq edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.
Yığmamız bu nəticələrlə 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, cari qitə birinciliyində Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutub.
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...