Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir

14:49 21-06-2022 | icon 1358
Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir

20-ci yüzillik Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Belə ki, məhz bu
əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar olmuş, lakin bütün çətinliklərə
mərdliklə qalib gələn xalqımız iki dəfə müstəqillik qazanmışdır. 103 il öncə qazanılmış
müstəqilliyimiz cəmi 23 ay yaşadı. Lakin uzun illər Sovet imperiyası tərkibində yaşayan
Azərbaycan nəhayət ötən əsrin sonuncu onilliyində öz müstəqiliyini yenidən qazandı.
Xalqımıza qanı bahasına başa gələn bu müstəqilliyin asanlıqla da itirilmək təhlükəsi
vardı. Bu dövrdə hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən
xarici və daxili düşmən qüvvələri Azərbaycanı bir neçə yerə parçalanma həddinə
gətirmişdilər. Həmin çətin anlarda ümummilli liderimiz Heydər Əliyev öz məsləhətləri ilə
xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün o vaxtkı iqtidara
yol göstərməyə çalışırdı. Bu məsləhətlərə məhəl qoymayan, səriştəsiz siyasəti ilə
ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş dövlət rəhbərləri son anda
kömək üçün Heydər Əliyevə müraciət etdi. Eyni zamanda artıq ziyalılar və xalq
ümummilli lider Heydər Əliyevin ölkəyə qyıdışını təkidli şəkildə tələb edirdilər.
Nəhayət, 1993-cü il iyunun 9-da xalqın xilaskar oğlu Bakıya qayıtdı.
Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı. 1993-cü il 15 iyun ümummilli lider
Heydər Əliyevin qayıdışı günü xalqın soykökünə qayıdışı və milli özünüdərkin
başlanğıcı idi, bu gün xalqda gələcəyə inam yaratdı, məhrumiyyətlərə, dövrün
bəlalarına qarşı onda bir güc, əzm yaratdı. İyunun 24-də Milli Məclis prezident
səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Ümumxalq dəstəyi ilə
Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini
möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını
yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Həmin vəzifələri həyata
keçirmək işi dövlət intizamının, qanunçuluğun, hüquq–mühafizə orqanlarının, ordunun
möhkəmləndirilməsindən başlandı.
Ümummilli liderimiz Heydər Əliyevin görmüş olduğu misilsiz işlərin nəticəsidir ki,
məhz həmin dövrdə hərc-mərcliyin, saysız-hesabsız siyasi, ictimai, iqtisadi sosial
problemlərin didib-dağıtdığı Azərbaycanda bu gün asayiş, əmin-amanlıq hökm sürür.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada
uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan
regionun hər cəhətdən inkişaf etmiş dövlətinə, dünyada isə söz sahinə çevrilmişdir.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.26868391036987