İnkişaf naminə sülh

14:50 21-06-2022 | icon 1193
İnkişaf naminə sülh

Gündən-günə inkişaf edən ölkəmiz bir çox konfransların, forumların keçirildiyi məkana
çevrilmişdir. Belə forumlardan biri də 16 iyun 2022-ci ildə baş tutmuşdur. Həmin forumda
Prezident İlham Əliyev də iştirak edərək çıxışı ilə diqqət çəkmişdir.
İlk olaraq Prezident qeyd etdi ki, bu gün təhlükəsizlik məsələləri beynəlxalq arenada,
beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət
barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün
mükəmməl platforma olaraq çıxış edir.
Hal-hazırd böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə
institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının
nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar.
Enerji məsələlərinə də toxunan İlham Əliyev bildirdi ki, enerji bazarlarındakı vəziyyəti
proqnozlaşdırmaq çətindir. Mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-
bərabərsizliyə yol açır və bu, istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal
edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün
dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar
istehsalçılara həqiqətdə bu, lazımdır.
Azərbaycan-Ermənistan arasında olan münasibətlərə də toxunan Prezident vurğuladı ki,
Azərbaycan ll Qarabağ müharibəsində qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi
və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması
ilə nəticələndi. İndi münaqişə geridə qalıb, biz sülh haqqında danışırıq. Cənubi Qafqaz
ölkələri müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il
ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun
üzərində çalışır. Bu illər ərzində Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və
təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı
dağıntıları törətdiklərini gördü və şahid oldu. Biz artıq müharibə yox sülh istəyirik. Regionun
dayanıqlı inkişafı naminə sülh olmalıdır. Regionun inkişafı və sülh naminə atılanılan
addımlar birtərəfli yox qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi
iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya
yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.
O vurğuladı ki, Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir.
Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və
tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək
prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını
təşkil edən başqa prinsipləri də irəli sürdü.
Regionun inkişafından danışırıqsa, ilk növbədə kommunikasiyaların açılması ilə bağlı
Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən
kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək
heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının
pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Həmçinin zəngəzur dəhlizinin açılması
məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.
Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və
Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına
yönəlmiş bütün səyləri uğursuz olacaq.
Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyindən danışarkən Prezident
bildirdi ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir.
Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı
deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa
malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər də digər vətəndaşlar kimi
bərabər hüquqlara malikdirlər.

Prezident həmçinin qeyd etdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin
qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur
yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib
çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən
çəkinməlidir, çünki tarix artıq yazılıb.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün
Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi
nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın
göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet
hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirmişdir

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi


Digər xəbərlər

0.23606491088867