"Mirana Palace" ölkə qanunlarını pozur? - ŞADLIQ EVİNDƏ KEYFİYYƏTSİZ QİDA İDDİASI
"Bu restorandayıq. Heç məsləhət bilmirəm. Aşbazlarının yeməklərinin içərisində biri də yeyiləsi deyildi. Üstəlik 8-9-cu sinif şagirdləri də ofisiant kimi çalışır."
Bu sözləri özünün sosial şəbəkə hesabında Əməkdar mədəniyyət işçisi , Beynəlxalq Kulinariya Mərkəzinin üzvü, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov Əhəmdli qəsəbəsi, Telnov küçəsi 3 ünvanında fəaliyyət göstərən "Mirana Palace" şadlıq evi haqda yazıb.
O qeyd edib ki, qidalarının keyfiyyəti şübhə doğuran bu məkanda 8-9-cu sinif şagirdlərinin ofisiant kimi çalışdırılması ölkənin əmək qanuncuveriliyine ziddir.
T.Əmiraslanovun paylaşımını olduğu kimi təqdim edirik:
P.S. Məsələ ilə bağlı adıçəkilən məkanla da əlaqə saxlayıb qarşı tərəf kimi fikirlərini öyrənmək istəsək də, özünü obyektin inzibatçısı kimi təqdim edən Elnur adlı şəxs yazılanları araşdırıb bizimlə əlaqə saxlayacağını desə də, gün ərzində onunla əlaqə saxlamaq mümkün olmadı.
P.S.S. Əminik ki, aidiyyatı qurumlar problemi yaxından araşdırıb lazımi tədbirlər görəcəklər.
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...
-
“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq
...
-
“Nar” “Uniting Business Europe 2023” tədbirində iştirak edib
...
-
“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
...
-
Azərbaycanda ən çox satılan lüks avtomobillər - Siyahı
...
-
Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
...
-
“Azeri Light” 98 dollara satılır
...