Səttar Möhbalıyev: “Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı olub”

19:45 22-06-2022 | icon 1522
Səttar Möhbalıyev: “Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı olub”

“Bu gün hər bir uğuruna qürurlandığımız, fərəhləndiyimiz ölkəmizi ötən əsrin
90-cı illərinin Azərbaycanı ilə müqayisə etdikdə Ulu Öndər Heydər Əliyevin
xalqımızın və dövlətimizin həyatında nə qədər böyük işlər gördüyünü bir daha
xatırlamalı oluruq. Onun kimliyini, fenomenliyini, dahiliyini, səriştəsini, siyasi
bacarığını təməlini qoyduğu işlərin nəticəsini yaşadıqca dərindən dərk edirik.
Həmin vaxt - 1993-cü ildə baş verən hadisələr, xalqımızın və dövlətimizin ağır
taleyi və bundan xilas yolunun tapılması, duzgün qərarın qəbul olunması ən
vacib məsələ idi. Bu taleyüklü seçimi xalqımız heç kimin ixtiyarına buraxmadı,
son sözü özü dedi - Heydər Əliyev. Və hadisələrin sonrakı gedişi Azərbaycan
xalqının müdrikliyini bir daha ortaya qoymuş oldu. Təbii ki, xalqın bu istəyinin
qarşısında heç bir qüvvə duruş gətirə bilməzdi. Həmin vaxt bugünkü qüdrətli
Azərbaycan məhv olmaq təhlükəsi qarşısında idi, bu, reallıq idi ki, ölkə
parçalanırdı. Dərin siyasi böhran, anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi,
qarşıdurma, cəbhədə məğlubiyyətlər, əhalinin sosial vəziyyətinin ağırlığı,
iqtisadi böhran və daha nələr. Bütün bu işlərin öhdəsindən yalnız bir insan gəldi
- Heydər Əliyev.


Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

“İlk gündən - 1993-cü ilin 15 iyun tarixindən Ulu Öndərin xilaskarlıq missiyası
başladı. Nə komandası var idi, nə də silahı. Xalqına və dövlətinə olan sonsuz
sevgisi, xalqın ona olan inamı və etimadı bütün bu işləri görməkdə ona kömək
oldu. Baş verən xoşagəlməz hadisələrin hər birinin fərqli xarakterləri var idi və
bunların aradan qaldırılması cəsarət, siyasi iradə, qətiyyət, təmkin, dözüm, səbr

2tələb edirdi. Ulu Öndərin bu keyfiyyətlərə sahib olması xalqımızı yaşanan ağır
vəziyyətdən xilas etdi. Mən bu məsələyə əvvəllər də toxunmuşam, özbaşnalıq
edən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə sabitliyin bərqərar
edilməsi böyük tarixi missiya idi. Heydər Əliyev bunu heç bir itkisiz, böyük
ustalıqla, dahiyanə tərzi ilə bacardı və ölkədə sabitliyə nail oldu. O, qlobal
düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Hər zaman milli
maraqlara əsaslanırdı, tarixi şəraitdən düzgün nəticə çıxarırdı, zaman və məkan
amilini dəqiq qiymətləndirirdi. Heydər Əliyev demokratik insan idi, aşkarlıq
prinsipinə daim üstünlük verdi. Həmin vaxt məhz onun təşəbbüsü ilə Milli
Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr
birbaşa yayımla televiziya ekranlarına ötürülürdü, vəziyyət olduğu kimi xalqa
çatdırılırdı. 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin Ali Sovetin
sədri Heydər Əliyevə verilməsi ədalətin və milli iradənin birbaşa qələbəsi idi.
Bu artıq bütün hadisələrin dövlətin nəzarəti altına keçməsi, xalqın iradəsinə tabe
edilməsi demək idi. Ulu Öndər Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu
quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiya və müxtəlif
hüquqi sənədlər zamanın tələblərinə uyğunlaşdırıldı”, - AHİK sədri bildirib.
“Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə
qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız
Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin
müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və
dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran
problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı,
xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Qeyd etdiyim bütün
bu məsələləri Heydər Əliyev dühası təkbaşına, xalqdan ilhamlanaraq yerinə
yetirdi. Əminliklə ifadə edə bilərik ki, Ulu Öndərin ideyaları hər zaman
yaşayacaq. Onun nəticələri bu gün ortadadır. Heydər Əliyevin siyasi kursunun

3layiqli davamçısı cənab İlham Əliyevin peşəkar idarəçilik məharəti sayəsində
ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı
daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib,
ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il
ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda
reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və
milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Biz Azərbaycanın son
illərdə qazandığı nailiyyətləri saymaqla qurtara bilmərik. Ümumiləşdirib onu
deyə bilərəm ki, Azərbaycan minilliklərə söykənən tarixinin ən şanlı və şərəfli
dövrünü yaşayır”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.26231598854065