Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi

19:26 24-06-2022 | icon 1317
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi

Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və
özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır.
Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış
maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib.
Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış
əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf
etdirilib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi
dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından
çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında
əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər
Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri
olmuşdur.
Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı
münasibətlər daha da dərinləşib. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Prezidenti cənab İlham Əliyevin Özbəkistana 21 iyun tarixli səfəri, aparılmış danışıqlar
və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzularvə əldə
olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.3013801574707