Mehriban Əliyeva idmançılarımızı təbrik etdi

19:48 24-06-2022 | icon 1519
Mehriban Əliyeva idmançılarımızı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatlarının mükafatçısı olan idmançıları və Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi təbrik edib.

M.Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb: 

“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”.

 

 

 

Digər xəbərlər

0.26045298576355