Şimşək çaxacaq, yağış yağacaq

15:55 26-06-2022 | icon 1424
Şimşək çaxacaq, yağış yağacaq

Sabah gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.


Digər xəbərlər

0.33588600158691