Güləşçilərimiz U-20 Avropa çempionatının finalına yüksəldilər
İyunun 27-də İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Ilk yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Güləşçimiz Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) N.Quluzadə finala yüksəlib. Güləşçimiz həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.
Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.
Laçın Vəliyev (87 kq) səkkizdəbir finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. L.Vəliyev dörddəbir finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Güləşçimiz yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.
Mübarizəyə dörddə finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün H.Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, bu çəki dərəcələrində həlledici görüşlər iyunun 28-də keçiriləcək.
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...
-
“Neftçi” – “Spartak” matçının başlama saatı açıqlandı
...