“Azərreyl” Slovakiya, “Murov” Xorvatiya komandası ilə qarşılaşacaq

21:03 28-06-2022 | icon 1057
“Azərreyl” Slovakiya, “Murov” Xorvatiya komandası ilə qarşılaşacaq

Voleybol üzrə avrokubokların püşkü atılıb. 2022/23 mövsümündə Azərbaycanı təmsil edəcək iki klubun rəqibi də dəqiqləşib.

Kişilər arasında Azərbaycan çempionu “Murov” mübarizə aparacağı Çelenc kubokuna 1-ci mərhələdən başlayacaq. “Murov” Xorvatiyanın “Kitro Varazdin” klubu ilə görüşəcək.

Oyunlar oktyabrın 11-13-də və 18-20-də keçiriləcək. Azərbaycan çempionu ilk sınağına səfərdə çıxacaq.

Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu mübarizəyə 1/32 finaldan başlayacaq. Komanda Slovakiyanın “Slovan” klubu ilə görüşəcək.

Burada ilk matçlar noyabrın 22-24-də, cavab qarşılaşmaları noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Azərbaycan vitse-çempionu turnirə səfərdə başlayacaq.


Digər xəbərlər

0.26367092132568