AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib

15:29 29-06-2022 | icon 2101
AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib

İyunun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakıda keçirilən Avrasiya
Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV
Forumunun iştirakçılarını qəbul edib. Görüşdə Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk
Cümhuriyyətindən gəlmiş qonaqlar iştirak ediblər.
S.Möhbalıyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti,
gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib
ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan
vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən
bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial
problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod
və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Onun sözlərinə görə, həmkarlar ittifaqları ölkəmizdə vətəndaş cəmiyyətinin
möhkəmlənməsində əhəmiyyətli rola malikdir, sosial siyasətin həyata
keçirilməsində yaxından iştirak edir, dövlətin bütün çağırışlarına, o cümlədən
sosialyönlü təkliflərinə adekvat cavab verir.

Dövlətimizin təhsil siyasətindən bəhs edən AHİK sədri qeyd edib ki, hər il
Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar
atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin
maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən
dövlət proqramlarının icrası davam etdirilir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
fəaliyyətindən danışan S.Möhbalıyev qeyd edib ki, təşkilat təhsil işçilərinin
əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının
təşkili, bu sahədə əmək münasibətlərinin normal məcrada qurulması, təhsil
işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin
aradan qaldırılması və qanuni mənafelərinin qorunması istiqamətində mühüm
işlər görür.

S.Möhbalıyev UAESEB-nin fəaliyyətini yüksək qiymətləndirib və qurumun
Türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrinin
möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində xidmətlərindən bəhs edib.

Səmimi qəbula görə təşəkkür edən UAESEB-nin və Türk Egitim-Senin sədri
Talip Geylan Azərbaycanda olmağından, keçirdiyi görüşlərdən məmnunluğunu
ifadə edib. O həmçinin ötən gün baş tutan UAESEB-nin XIV Forumunu və
qəbul olunan Yekun Bəyanatı yüksək dəyərləndirib, bunun Türkdilli ölkələr
arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Görüşdə
həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Digər xəbərlər

0.29320812225342