Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir

11:17 30-06-2022 | icon 1276
Rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir

Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları
ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində 100-dən çox mülki
şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə,
Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə
tuturdular. Tərtər şəhərinə 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının
iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da
deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara
heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini
növbəti dəfə vəhşilər kimi göstərdilər”.
Rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətlərini anladan bu sitat Prezident İlham
Əliyevin “CNN Türk” televiziyasına son müsahibəsindəndir.
Əlbətdə ki, bütün bu deyilənlər dünyanın gözü qarşısında baş verən hadisələr idi. İstər
müxtəlif beynəlxalq masalarda Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparılan
zamanlar olsun, istər II Qarabağ müharibəsinin gedişində Moskvada başlanmış xarici
işlər nazirləri formatında keçən danışıqlarda atəşkəs haqqında razılaşma əldə
olunanda-yəni, bütün bu mərhələlərdə Ermənistan təcavüzkar siyasətini davam etdirirdi.
Beynəlxalq normalara məhəl qoymadan atəşkəsi uzun illər pozmaqda davam etdi;
danışıqlar prosesinə xələl gətirdi və həmişə də bütün günahları Azərbaycanın üstünə
atmağa çalışdı. Ən sonuncu atəşkəs razılaşmasının da mürəkkəbi qurumamış
Ermənistan həmin sənədin ziddinə getdi, atəşkəsi pozdu. Bununla da bir daha göründü
ki, Azərbaycan faşist xislətli, sivil qayda-qanunlar tanımayan, təcavüzkar bir düşmənlə
mübarizə aparır.
Bu gün üçtərəfli bəyanata uyğun addımların atılması mərhələsidir. Ermənistan özünü
müharibə zamanı necə aparırdısa, çalışır ki, bunu davam etdirsin. Halbuki üçtərəfli
bəyanatın bütün müddəalarına əməl etməyə və razılaşmaya məcburdur. Çünki
Ermənistanın başqa yolu yoxdur.

Aygün İsmayılova
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.28132200241089