Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Mərkəzi yaradır - Foto


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Səfər çərçivəsində RİNN yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.
Nazirlikdən verilən məlumata görə, müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.
Proqram çərçivəsində tədris Bakıda “Technion” Universitetinin professor-müəllim heyəti tərəfindən aparılacaq. Bu yaxınlarda proqrama qəbulun elan olunması nəzərdə tutulur.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır. Mərkəzdə təlimçilərin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq və bu istiqamətdə olan çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.
“Technion” Universitetinin qabaqcıl təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi kibertəhlükəsizlik üzrə milli insan kapitalının formalaşmasına önəmli töhfə verəcək. Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq. Məzunlara “Technion” Universitetinin sertifikatı təqdim olunacaq.
Nazir Rəşad Nəbiyev yeni açılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə bağlı bildirib: “Bu gün “Technion” Universiteti ilə birgə ölkəmiz üçün vacib sahələrdən biri olan kibertəhlükəsizlik üzrə əməkdaşlığın bünövrəsini qoyduq. Ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq. Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan “Technion” Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk!”
“Technion” Universitetinin prezidenti, professor Uri Sivan sözügedən əməkdaşlığın qurulmasından çox məmnun olduğunu və gələcəkdə onun daha da genişləndirilməsinə ümid etdiyini bildirib. “Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər”.

-
Cavid Qurbanov Prezidentə məktub yazdı
...
-
Gədəbəyə yeni icra başçısı təyin edildi - Sərəncam
...
-
Prezidentlə xanımı meydana çıxan idmançılarımızı belə salamladılar - Video
...
-
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - Video
...
-
Şarl Mişel İlham Əliyevə zəng etdi
...
-
QMİ hücumla bağlı bəyanat yaydı
...
-
Prezident Laçında baş verənlərdən danışdı
...
-
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı - Qarabağı müzakirə etdi
...
-
Prezident XVI Avropa Gənclər Yay Olimpiya Festivalında yüksək nəticə göstərən idmançı və məşqçiləri mükafatlandırıb
...
-
Prezidentlə xanımı açılışa qatıldı - Fotolar
...