Azərbaycan İsraillə birgə Kibertəhlükəsizlik Mərkəzi yaradır - Foto
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Səfər çərçivəsində RİNN yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.
Nazirlikdən verilən məlumata görə, müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək.
Proqram çərçivəsində tədris Bakıda “Technion” Universitetinin professor-müəllim heyəti tərəfindən aparılacaq. Bu yaxınlarda proqrama qəbulun elan olunması nəzərdə tutulur.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır. Mərkəzdə təlimçilərin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq və bu istiqamətdə olan çatışmazlıqlar tamamilə aradan qaldırılacaq.
“Technion” Universitetinin qabaqcıl təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi kibertəhlükəsizlik üzrə milli insan kapitalının formalaşmasına önəmli töhfə verəcək. Mərkəzdə tədris ingilis dilində həyata keçirilməklə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları üçün əlçatan olacaq. Məzunlara “Technion” Universitetinin sertifikatı təqdim olunacaq.
Nazir Rəşad Nəbiyev yeni açılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə bağlı bildirib: “Bu gün “Technion” Universiteti ilə birgə ölkəmiz üçün vacib sahələrdən biri olan kibertəhlükəsizlik üzrə əməkdaşlığın bünövrəsini qoyduq. Ali məktəbin metodikası əsasında təşkil olunmuş proqram üzrə təhsil alacaq tələbələr əmək bazarına rəqabətli mütəxəssislər kimi hazırlanacaq. Çox məmnunuq ki, dünyanın ən qabaqcıl təhsil müəssisələri və bilik mərkəzlərindən biri olan “Technion” Universiteti ilə tərəfdaşlıq quraraq kibertəhlükəsizlik sahəsi üzrə beynəlxalq bilik və təcrübəni ölkəyə gətiririk!”
“Technion” Universitetinin prezidenti, professor Uri Sivan sözügedən əməkdaşlığın qurulmasından çox məmnun olduğunu və gələcəkdə onun daha da genişləndirilməsinə ümid etdiyini bildirib. “Təsis etdiyimiz yeni Mərkəz Azərbaycanın informasiya təhlükəsizliyini dəstəkləyən vacib bir layihədir və hazırlanan mütəxəssislər nəinki Azərbaycanda, eləcə də regionda sahənin inkişafına töhfə verəcəklər”.
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...