“Neftçi”dən növbəti transfer
“Neftçi” növbəti transferini reallaşdırıb.
ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu Kenni Sayeflə 2 il müddətinə müqavilə imzalanıb.
28 yaşlı sol cinah yarımmüdafiəçisi komandamızın heyətində 5 nömrəli formanı geyinəcək.
Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.
Kenni Sayef 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokunun qalibi olub. İsrailin aşağı yaş yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...