Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib
Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri və kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov hazırda kənd təsərrüfatı işlərinin qızğın dövrü olduğunu və belə bir vaxtda yanğın təhlükəsizliyi tədbirlərinə qarşı hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü, bu sahəyə daha həssas yanaşılmalı olduqlarını bildirmişdir. Sonda mövzu ilə bağlı geniş müzakirələr aparılmış, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşları tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılmışdır.
-
“Nar”dan yeni dərs ili üçün əla fürsətlər!
...
-
“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir
...
-
“Azeri Light”ın qiyməti 99 dollara çatır
...
-
“Azeri Light”ın qiyməti 98 dollara çatır
...
-
“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı
...
-
Azərbaycanda bu yolun ödənişli olacağına qərar verildi
...
-
Sentyabrın 8-dən qatarlar - Bu cədvəllə hərəkət edəcək
...
-
“Azeri Light”ın qiyməti 92 dollara çatır
...
-
“Gilan Holding” ləğv olundu
...
-
“Azeri Light”ın qiyməti 87 dollara düşdü
...