DTX Gömrük Komitəsində daha bir əməliyyat keçirdi - Saxlanılanlar var

21:23 01-07-2022 | icon 414
DTX Gömrük Komitəsində daha bir əməliyyat keçirdi - Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.

Əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.

 

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər

0.35378408432007