ÜST meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə keçməyə çağırdı


İki həftə ərzində Avropada meymunçiçəyinə yoluxma hallarının üç dəfə artmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini vəziyyətə təcili müdaxilə etməyə çağırıb.
Bu barədə beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe danışıb. O bildirib ki, region ölkələri qarşıdakı həftə və aylarda meymunçiçəyinin “böyük bir corğafi məkanda möhkəmlənməsinin“ qarşısını almaq üçün səylərini artırmalıdırlar.
Qeyd edilib ki, indiyədək Avropa regionunda meymunçiçəyi virusuna 4500 yoluxma halı qeydə alınıb və bu, may ayının ortalarından indiyədək bütün dünya üzrə yoluxmaların 90 faizi deməkdir. Ənənəvi olaraq Afrikada rast gəlinən virus may ayından etibarən dünyanın müxtəlif ölkələrində, əsasən də Qərbi Avropada yayılmağa başlayıb. İndiyədək dünyanın 50-dən çox ölkəsində bu virusa yoluxma halları təsdiqlənib.
-
ŞAM adamlar - Vertebroloq Elçin Sultanov
...
-
"Turan" klinikası - Sağlamlığınızı etibarlı əllərə həvalə edin!
...
-
Taleh Qaraşov barədə böhtan yazanların nəzərinə
...
-
Yoluxanların sayı açıqlandı
...
-
Sabah 40° isti olacaq
...
-
Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin ordenləri onların ailələrinə təqdim olunub
...
-
Abşeronda şəhidin ordeni ailəsinə təqdim edildi - Fotolar
...
-
Media Reyestri yaxın günlərdə fəaliyyətə başlayacaq
...
-
Son sutkada COVID-19-dan 6 nəfər vəfat edib
...
-
AHİK sədri sanatoriya və müalicə pansionatlarına baxış keçirib
...