Abşeronda səyyar qəbullar keçirildi - Fotolar
Abşeron rayonunda səyyar vətəndaş qəbulları keçirilib.
Məmmədli kəndində reallaşan növbəti səyyar qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
Rayonda həyata keçirilən ifrastruktur layihələrindən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifərələrdən ətraflı məlumat verən RİH başçısı Abdin Fərzəliyev bütün bubnlarla yanaşı rayonun kənd və qəsəbələrində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən sakinlər kəndin adının dəyişdirilməsində, məscidə bitişik kiçik su anbarının sökülüb kənarda tikilməsində, işə düzəltmə və müalicə məsələlərində, eləcə də kənd ərazisində yeni məktəb və bağça binalarının tikilməsində və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Həmçinin Abşeronda “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun 38-ci doğum günü qeyd edilib.
Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar II Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...