Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

11:34 05-07-2022 | icon 1462
Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil

Qoşulmama Hərəkatı Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada
sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH  konkret tarixi kontekstdə
yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat
daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların
qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. 
QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında
əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120
üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə
birləşdirməkdədir. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf
etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı
siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu
Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını verib. Azərbaycan
Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan
dövlətlərin yekdil dəstəyini əldə edərək, həmin il Balidə keçirilmiş XVI Nazirlər
Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-
dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli
məsələlərdə daim dəstəklənib.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak
etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və
prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin
geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və
sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək
əks olunmuşdur.
Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır.
Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il
tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH
Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Tədbirlər Hərəkatın tarixində ilk dəfə olaraq
təşkil edilmiş və pandemiyadan irəli gələn məhdudiyyətlər səbəbindən virtual formatda
baş tutmuşdur. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4
qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.
4-5 oktyabr 2021-ci il tarixlərində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin
təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox
gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. Gənclər
şəbəkəsinin təsis edilməsi Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata
üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınmışdır.
 Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin
edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları
olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə həlli imkanları ilə bağlı fikir
mübadiləsi aparmaq imkanı əldə etmşdir. Şəbəkəyə rəhbərliyi Azərbaycan
Respublikasının Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan
nümayəndəsi edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin açılış nitqində təsis edilməsindən bəri Hərəkatın
beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rol vurğulanmış, QH-nin əsasını
təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilmiş, xüsusilə suverenlik və
ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, digər dövlətlərin daxili işlərinə
qarışmama kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və
əhəmiyyəti vurğulanmışdır.
30 iyun 2022-ci ildə Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament
Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin
rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Hərəkatın
növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən
sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1
il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.

Vəliyeva Südabə Eminağa qızı.
Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.23278188705444