“Nar” əyləncə dolu yay kampaniyasına start verir

15:36 07-07-2022 | icon 1427
“Nar” əyləncə dolu yay kampaniyasına start verir

Əyləncə dolu bir yay keçirmək istəyənlər üçün “Nar” maraqlı fəaliyyətlərlə dolu yay
kampaniyasına başlayır.

Paytaxt Bakı və bölgələrdə keçiriləcək kampaniyada iştirak
edənlər maraqlı oyunlara qatılaraq əylənəcək və “Nar”dan hədiyyələr qazana biləcək.
Bundan başqa, mobil operatorun sosial media səhifələrində keçiriləcək müsabiqələrdə
iştirak etməklə “Nar”dan dəyərli hədiyyələr, ən əsası, iki nəfərlik səyahət paketi
qazanmaq şansı da əldə edirsiniz.


“Nar”ın sürpriz və yeniliklərini sosial mediada kampaniyanın rəsmi simaları İradə Qədirova
(Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfov
(Instagram: jafarnajafov) paylaşacaqlar.


Kampaniyanın ən böyük və əyləncəli sürprizi isə yayın sonunda olacaq. Səbrsizliklə
gözlənilən o gün barədə xəbərləri “Nar”ın rəsmi hesablarından, kampaniyanın rəsmi
simalarından və #TamHazıram həştəqini izləməklə əldə edə bilərsiniz. Kampaniya
videolarını izləmək üçünsə bu linkə daxil olun.


Digər xəbərlər

0.88996887207031