Meksika səfiri Şamaxıya səfər edib - Foto

16:26 08-07-2022 | icon 1693
Meksika səfiri Şamaxıya səfər edib - Foto

İyulun 7-də Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Şamaxı rayinunda səfərdə olub.

 

Səfər çərçivəsində səfir Kələxana türbələr kompleksi və Şahxəndan türbəsini ziyarət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan arxeoloji tədqiqat işləri və türbələrin tarixi haqqında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnistutunun Kələxana arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev səfirə geniş məlumat verib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşdə rayonun tarixi, sosial-iqtisadı inkişafı, ictimai mədəni həyatı barədə həmçinin Meksika-Azərbaycan əlaqələrindən danışılıb.

 

 

 



Digər xəbərlər

0.23322105407715