Bayramın ikinci günü hava necə olacaq?

12:53 09-07-2022 | icon 1352
Bayramın ikinci günü hava necə olacaq?

Sabaha olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz  35-37° isti olacaq. Atmosfer təzyiqi  754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  45-50  % olacaq.

 

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti,

gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz  21-26° isti olacaq.  


Digər xəbərlər

0.21361994743347