Qurban bayramı ilə əlaqədar AHİK tərəfindən şəhid ailələrinə sovqat təqdim edilib
Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.
Ənənənin davamı olaraq iyunun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tapşırığı ilə Konfederasiyanın əməkdaşları Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidləri Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röyal Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkiblər.
AHİK-in mətbuat xidmətindən bildiriblər ki, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə şəhid ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb. Sonra bayram sovqatı şəhid ailələrinə təqdim edilib.
Ailə üzvləri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...