DYP postunda saxlanıldılar, hamısında narkotik aşkarlandı - Video

21:46 14-07-2022 | icon 2544
DYP postunda saxlanıldılar, hamısında narkotik aşkarlandı - Video

Şirvan-Bakı yolunda narkotik təsiri altında avtomobil idarə edən şəxs və üzərilərindən narkotik maddə aşkarlanan sərnişinlər saxlanılıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, paytaxt istiqamətində hərəkətdə olan “DACİA” markalı avtomobilin sürücüsü Ramin Xəlilov Baş DYP İdarəsinin YPX Alayının VII Taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı R.Xəlilovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin nəqliyyat vasitəsində sərnişin qismində olan Lalə Mirqasımovanın üzərindən ümumi çəkisi 10,366 qram olan heroin, 11,319 qram metamfetamin, C.Hüseynzadənin üzərindən isə ümumi çəkisi 7,62 qram olan qurudulmuş marixuana aşkar edilib.

R.Xəlilovun barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, C.Hüseynzadə və L.Mirqasımova isə aidiyyəti üzrə Hacıqabul RPŞ-yə təhvil verilib.

 

 
 

Digər xəbərlər

0.23955893516541