Abşeronda Heydər Əliyevin rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib

14:56 15-07-2022 | icon 860
Abşeronda Heydər Əliyevin rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin birinci dəfə rəhbərliyə gəlməsinin 53-cü ildönümü qeyd edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının İçtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

 

Tədbirdə çıxış edənlər bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyev respublikamızın xoşbəxt gələcəyi istiqamətində biri-birindən mühüm addımlar atıb, ən əsası həmin vaxtdan başlayaraq milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında olub.

Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində atılan davamlı addımlar sırasında hərbi kadrların hazırlanmasına xidmət edən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması tarixi hadisəyə çevrilib.

Başlanğıcı 53 il bundan əvvəl – 1969-cu il iyulun 14-ü olan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu arzu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası, dəmir yumruğunun qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü və rəşadətli Ordumuzun hərbi qulluqçularının Vətənə, dövlətə, Heydər Əliyev ideyalarına sədaqəti ilə gerçəkləşdi.

 

 



Digər xəbərlər

0.22010493278503