Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verilib

14:58 15-07-2022 | icon 1327
Lökbatanda “Abad məhəllə” sakinlərin istifadəsinə verilib

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Qaradağ rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, abad məhəllələr salınır, küçələr yenidən qurulur.

Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.

 

Lökbatan qəsəbəsində  Seymur Orucov küçəsi, 1 saylı binanın həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilib.

Ətraf ərazilər abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılıb. Ətrafda olan çoxmərtəbəli yaşayış  binaların fasadları və giriş qəfəsləri təmir edilib. Şüşələnmə və boyaq işləri görülüb, binaların həyətində asfalt örtüyü salınmış və küçə işıqları quraşdırılıb. Binaların dam örtüyü də yenilənib.

Qeyd edək ki, ətraf ərazinin yollarının təmiri məqsədi ilə  2200 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilib. 650 kv.m divar hörülüb, 800 kv.m suvaq işi görülüb, 6 ədəd küçə işığı quraşdırılıb, 664 kv.m aqlay salınıb, 319 kv.m bordür salınıb. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2600 kv.m  rənglənmə işləri aparılıb. 

 

 

 




Digər xəbərlər

0.26740002632141